“Araz-Naxçıvan” çempionlar liqasına hazırlığı davam etdirir

Çempionlar liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, tibbi müayinədən keçən “qırmızılar”, fiziki çalışmalara üstünlük verir.

Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı idman sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında 2i qapıçı olmaqla, 11 futzalçı var. Yeni transferlər – Conatas Felipe və Emanoel Rodriges, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.

“Araz-Naxçıvan” ilkin mərhələdə avqustun 21-də “Europa” (Cəbəllütariq), ertəsi gün “Kampuksen Dinamo” (Finlandiya), ayın 24-də isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq. Oyunlar Latviyada təşkil olunacaq.

Həmin kateqoriyadan