- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanan “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” və Lüksemburqun “Differdanje 03” klublarına qarşı mübarizə aparacaq.
Niderland çempionu “Tigers Roermond” isə ilkin mərhələdən mübarizəyə başlayıb və “B” qrupunda keçirdiyi 3 oyundan maksimum xal toplayaraq 7-ci qrupda mübarizəni davam etdirmək hüququ qazanıb.
Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.
“Araz-Naxçıvan” “F” qrupunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 9:1, Şotlandiya “PYF Saltires”inə 7:2, Avstriya “Ljuti Krajişniçi “nə 12:3 hesabı ilə qalib gəlib.