- Baxış sayı: 40
- 10 Aprel 2025 17:13
- Baxış sayı: 110
- Aprel 11, 2025
- 0
Taekvondo millimiz Arazın o tayına yollanacaq. Allsport.az saytı xəbər verir ki, komanda martın 6-9-da paytaxt Tehranda “Fajr Open”, ardınca ayın 10-13-də Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirə qatılacaq.
Seçməmiz səfərə 22 idmançı ilə çıxacaq. Bunlar Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi – 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (hər üçü – 63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Radik İsaevdir (+87 kq).
Qadınlarda Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi – 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova, Səidə Əliyeva (53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (62 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.