Arif Əsədov: “İkinci hissədə tapşırıqlar yerinə yetirilmədi”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İki fərqli hissə izlədik. Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi. Məğlubiyyətə baxmayaraq, irəli baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı”.

Həmin kateqoriyadan