- Baxış sayı: 153
- 16 Mart 2026 10:00
- Baxış sayı: 295
- Mart 16, 2026
- 0

Bu gün “Sərhədçi” olimpiya-idman mərkəzində “Arpaçay” idman birliyinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə 11-ci ənənəvi açıq karate yarışı başladı. Allsport.az saytı xəbər verir ki, turnirdə 12 ölkədən 1300-dən artıq idmançı iştirak edir. Tədbirin gedişində Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev açıqlama verdi:
““Arpaçay” idman birliyinin işindən çox razıyıq. Bu klub dayanmadan çalışır. Ənənəvi beynəlxalq yarışda 1300-dən artıq karateçinin çıxış etməsi onların yüksək fəaliyyətinin nəticəsidir. Tədbirin əsas statusundan biri də qəhrəman şəhid qardaşlarımızın əziz xatirələrinin yad edilməsidir. Biz çalışırıq ki, bu istiqamətdə dövlət siyasətinə dəstək verək”.