- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək. Allsport.az xəbər verir ki, turnir yanvarın 20-22-də gənclər və idman nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və milli karate federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq.
Bakı idman sarayında 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.
Turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən artıq idmançı iştirak edəcək.