Astanada açıq turnir

11-13 iyulda Astanada keçiriləcək açıq Qazaxıstan beynəlxalq turnirində Azərbaycan karate federasiyasının və “Təhsil” respublika idman mərkəzi PŞ-nin yığma komanda üzvləri ölkəmizi təmsil edəcəklər.

Allsport.az xəbər verir ki, yarışda ölkəmizi beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcəklər. Komandanın məşqçi heyətində isə Anar Məmmədov və Rüstəm Əkbərov yer alıb.

Yığmamız turnirə “Təhsil” respublika idman mərkəzinin baş məşqçisi Əbülfət Qarayevin rəhbərliyi altında yollanıb.

Həmin kateqoriyadan