- Baxış sayı: 70
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Karate üzrə açıq Qazaxıstan beynəlxalq turnirində böyüklər arasında keçirilən komanda döyüşlərində Azərbaycan yığması Qazaxıstanı məğlub edərək qalib olub.
Allsport.az xəbər verir ki, 11-13 iyulda Astanada keçirilən yarışda Azərbaycan və yerli idmançılarla yanaşı Rusiya, Belarus, eləcə də Qırğızıstandan 600-ə yaxın karateçi iştirak edib.
Ölkəmizi turnirdə Azərbaycan karate federasiyasının və “Təhsil” Respublika idman mərkəzinin (RİM PHŞ) yığma komandası təmsil edib. İdmançılar böyük heyətlə qatıldıqları yarışda yüksək döyüş əzmkarlığı nümayiş etdirərək, müxtəlif çəki dərəcələrində fərqləniblər.
Yarışda aşağıdakı nəticələr əldə olunub:
• Vəliyev Yusif (12–13 yaş, -45 kq) – II yer;
• Kamilov Fateh (12–13 yaş, -40 kq) – II yer;
• Kamilov Şamo (14–15 yaş, +70 kq) – III yer;
• İmanov Rauf 16–17 yaş, -61 kq) – III yer;
• Musayev Nəsimi (16–17 yaş, -76 kq) – II yer;
• Dostuyev Aslan (U21, -67 kq) – I yer;
• Süleymanov Rəşid (U21, -75 kq) – I yer;
• Şahbazov Fariz (böyüklər, -60 kq) – I yer;
• Savadov Fərid (böyüklər, -60 kq) – III yer;
• Süleymanov Rəşid (böyüklər, -75 kq) – II yer;
• Cəfərli Rumil (böyüklər, +84 kq) – III yer;
• Sadıqova Mədinə (qadınlar, -55 kq) – III yer.