- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında stolüstü tennis turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi “Autizmlilər” idman klubu təmsil edir. 3 ölkədən 600-dən çox idmançının iştirak etdiyi mübarizədə 12 və yuxarı yaş qrupundan olanlar qatılıblar.
Turnirin 2-ci günündə təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 12 yaşlılarda Nicat Həmidov 1-ci, 15 yaşlılarda Rza Bayramovla 16 yaşlılarda Xaqan Əliyev 2-ci və 13 yaşlılarda Kamal Bayramov 3-cü yerləri tutublar.