- Baxış sayı: 36
- 17 Noyabr 2024 11:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.
Allsport.az xəbər verir ki, taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.
Yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.
Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.