- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Bu gün İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçuların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə millimiz 1 medal qazanıb.
37 kq-da Rahid Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda digər rusiyalı idmançını 7:6 üstələyərək finala yüksəlib.
Həlledici döyüşdə danimarkalı həmkarına 32:35 uduzan Rahid 2-ci yerlə kifayətlənib.