- Baxış sayı: 187
- 16 Mart 2026 10:00
- Baxış sayı: 16
- Mart 26, 2026
- 0

Azərbaycan karate federasiyasının şito-ryu komandası Almaniyanın Regensburq şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini 3 karateçi qoruyacaq.
Yığmanın heyətində İmran Quluzadə (72 kq), Mehman Eynalov (80 kq) və Fuad Əliyev (+80 kq) medallar uğrunda mübarizə aparacaq.
Komandamıza AKF-in məşqçilər komitəsinin sədri Əhməd Əfəndi başçılıq edəcək.