- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Pedro Migel Moura, Azərbaycan stolüstü tennis federasiyasının dəvəti ilə paytaxta təşrif buyurub. Allsport.az saytı xəbər verir ki, səfər şərçivəsində o, ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Ardınca, Şəhidlər xiyabanında azadlıq fədailərinin də xatirəsinə ehtiram bildirilib. Stolüstü tennisçilərin məşq bazasına da baxış keçirən Pedro Migel Moura, idmançılara yaradılan şəraitlə tanış olub, hazırlığı yaxından izləyib. Onun səfəri sentyabrın 20-də yekunlaşacaq.