- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.
Allsport.az xəbər verir ki, o, “Qafqazinfo”ya açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.
Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib:
“Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.
Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib:
“Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.
Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək:
“Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.
Qeyd edək ki, “Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb.