- Baxış sayı: 39
- 23 Mart 2026 19:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Aprelin 3-də kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi start götürəcək.
Allsport.az xəbər verir ki, ilk dəfə keçiriləcək yarış 3 gün davam edəcək.
362 (285 oğlan, 77 qız) idmançının qüvvəsini sınayacaq turnir fövqəladə hallar nazirliyinin idman-sağlamlıq klubunda təşkil olunacaq. Birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək.
Qeyd edək ki, yarışlar hər gün saat 09:00-da start götürəcək.