- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 1999-2001-ci il təvəllüdü taekvondoçular arasında təşkil olunan respublika birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin sonuncu gününün də qalibləri məlumdur.
Oğlanlar – 51 kq
1. Əli İsazadə – Xəzər
2. Fərid Sultanov – Lənkəran TİM
3. Yunis Məmmədzadə – Xəzər
3. Akşin Abdulov – Neftçi İC
Oğlanlar – 55 kq
1. Qaşım Maqomedov – Gilan
2. Kənan Fərzullayev – Lənkəran TİM
3. Rəvan Hüseynov – Sumqayıt
3. Umud Musayev – Fateh TK
Oğlanlar + 78 kq
1. Orxan Tağızadə – Qəbələ TK
2. Kamran Musazadə – Qax
3. Etibar İbrahimov – Araz Şöhrət
3. Əli Bayramov – Ağcabədi
Qızlar – 52 kq
1. Şəms İsayev – Xəzər
2. Şəms Həsənova – ROM
3. Aidə Hüseyn – Zenit İC
3. Nərmin Süleymanova – 5 saylı Gömrükçü İK
Qızlar – 63 kq
1. Sevil Zamanova – ROM
2. Fənurə Kərimova – Sumqayıt OİK
3. Gülnar Hüseynov – Şəmkir
Qızlar – 68 kq
1. Jalə Əsədli – Fərasət
2. Əfsanə Soltanova – Şamaxı
3. Svetlana Demidenko – Zərdab
3. Səbinə Şahquliyeva – Binəqədi
Qalib idmançılar ATF tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Üç gün davan edən respublika birinciliyində paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparıblar. Birincilikdə on çəki dərəcəsində oğlanlar və qızlar yarışıblar.
Turnir taekvondonun ölkəmizdə təbliği və inkişaf etdirilməsi məqsədi daşıyırdı.