- Baxış sayı: 37
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

Azərbaycan əlillər futbolu federasiyasının prezidenti, uzun illər premyer liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib. Allsport.az xəbər verir ki, mütəxəssis bu gün ürək xəstəliyindən dünyasını dəyişib.
O, 2013-cü ildə Milli paralimpiya komitəsinin 4-cü hesabat seçki konqresində qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
Mərhum 2008-ci ildə Pekin, 2012-ci ildə London yay paralimpiya oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. O, AFFA-da hakim inspektor vəzifəsində çalışıb.