Azərbaycan karate-do federasiyasının prezidenti vəfat edib

Arid Məmmədov – Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Allsport.az saytı xəbər verir ki, Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan həmyerlimizə həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O, 1977-ci ilin sentyabrın 16-da Gəncə şəhərində anadan olub. Orta təhsilini 1984-1994-cü illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə, ali təhsilini 1995-2000-ci illərdə Gəncə dövlət universitetinin “Hərbi və fiziki təlim” fakültəsində alıb. Arif Məmmədov, uşaq yaşlarından karateyə böyük maraq göstərib və bütün həyatını tamamilə bu idman növünə həsr edib, bir çox idmançıların yetişməsində və Azərbaycanı layiqincə təmsil etməsində müstəsna xidmətlər göstərib. Karate üzrə 3-qat dünya çempionu və 5-qat Avropa çempionu olub.

O, 2022-ci ildən Azərbaycan karate-do federasiyasının prezidenti, 2021-ci ildən Dünya müasir döyüş növləri federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2021-ci ildə gənclər və idman nazirliyi yanında ictimai şuraya keçirilmiş seçkilərdə 2 il müddətinə üzvü kimi fəaliyyət göstərib. 2014-cü ildə “Azərbaycan respublikasının əməkdar idman ustası”, 2015-ci ildə “Azərbaycan respublikasının əməkdar məşqçisi” fəxri adlarına layiq görülüb.

Həmin kateqoriyadan