- Baxış sayı: 78
- 25 Fevral 2026 19:27
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Karate üzrə milli komandanın üzvləri 17-19 oktyabrda Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər.
Allsport.az xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.
Milli komandamız Azərbaycan karate federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edəcək.
Seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabrda Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edəcəklər.