- Baxış sayı: 61
- 10 Mart 2025 15:53
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTTyouth contender” turnirində bürünc medal qazanıblar. Allsport.az xəbər verir ki, Rüstəm Hacılı – Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışda 3-cü yeri tutublar.
Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.