Azərbaycan taekvondoçuları dünya kubokunun sahibidir!

Meksika paytaxtı Mexikoda taekvondoçuların dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda ilk 2 qarşılaşmada müvafiq olaraq, belçikalı və özbəkistanlı həmkarlarını 57:31, 31:11 hesabları ilə qalib gələn millimiz, yarımfinala çıxıb. Qızıl medala gedən yolda Azərbaycan dayanq ustaları Koreya komandasını 48:30 üstələyib.

Dünya kubokunun final döyüşündə güclü İran millisi ilə qarşılaşan taekvondoçularımız, rəqib üzərində inamlı qələbə qazanaraq (42:23) baş mükafata sahib çıxıblar. Koreya və Rusiya kollektivləri 3-cü yer tutublar.

Dünya Taekvondo Federasiyası təşkil etdiyi yarışda millimiz okeanın o tayına ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yollanıb. Baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanov heyətdə Milad Beigi Harçeqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsayevə şans veriblər.
Qalib komanda Vətənə dekabrın 14-də dönəcək.

Team-World-Cup-09.12.2015-123

Həmin kateqoriyadan