- Baxış sayı: 106
- 03 Dekabr 2024 17:24
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Rostislav Pevtsov, İspaniyanın Melilla şəhərində Avropa kubokunda 8-cı olub. Allsport.az saytı xəbər verir ki, o, 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.
Rostislav 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub.
Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb.
Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.