- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Moldova yığmasının və “Daçiya”nın müdafiəçisi Simeon Bulqaru noyabrın 17-də keçiriləcək Azərbaycanla yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Uzun fasilədən sonra yığmaya qayıdırsan…
– Bəli, səhv etmirəmsə, iki illik fasilədən sonra yenidən yığmadayam. Düzünü desəm, sanki ilk dəfədir yığmaya gəlirəm. Özümü 18-19 yaşımdakı kimi hiss edirəm. Çox şadam. Ümid edirəm ki, bu sevincim uzun sürəcək və növbəti illərdə də yığmanın sıralarında olacağam.
– Moldova yığmasının reytinq cədvəlindəki utancverici mövqeyi barədə nə deyə bilərsən? Hazırda tariximizin ən pis göstəricisini yaşayırıq…
– Məncə, buna görə bütün futbolçularımız xoşagəlməz hisslər yaşayırlar. Çünki ilk dəfədir komandamız belə mövqeyə gəlib çıxıb. Amma ümid edirik ki, Azərbaycanla oyun bizə reytinq cədvəlində irəliləməyə imkan verəcək.
– Bu oyun üçün hədəfiniz nədir? Azərbaycanlılara qalib gəlmək istəyirsiniz?
– Fikrimcə, hər bir futbolçu qələbə qazanmaq istəyir. Bu oyunu da ondan ötrü keçiririk ki, nəticə qazanaq. Nəticə isə təbii ki, müsbət olmalıdır, qələbə qazanmalıyıq.
– Biz Azərbaycanla eyni səviyyədəyik?
– Oyunçuların qiyməti barədə məlumatım yoxdur. Bilirəm ki, onların iki futbolçusu Almaniyada oynayır. Amma bizdə də İtaliyada, Türkiyədə oynayan futbolçular var. Düzdür, indi onlar zədəlidirlər. Lakin mənə elə gəlir ki, dəyər baxımından səviyyə eynidir. Ola bilsin ki, onların çempionatı bizimkindən güclü olsun. Çünki orada idmana çoxlu investisiya yatırılır.