- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla Azərbaycanda multikulturalizm, diplomatik protokol və protokol qaydaları, 2016 Olimpiya Oyunları və 4-cü İslam Həmrəylik Oyunları barədə söhbət edib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir:
– Ölkə başçısı İlham Əliyev 4-cü İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin birinci iclasında Azərbaycan multikulturalizmi barədə fikir söyləmişdir ki, onun xüsusiyyətlərinin də daha çox ölkə üçün maraqlı olduğunu söyləyə bilərik. I Avropa Oyunlarından hansı səciyyəvi misal gətirmək mümkündür?
– İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edərkən prezident İlham Əliyev Azərbaycanın İslam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu xüsusi qeyd etmişdir. Bu dinamik inkişaf edən müasir dövlətdir və bizim dövlətdə dini, milli, irqi zəmində heç vaxt ayrıseçkilik olmamışdır və heç zaman olmayacaqdır. Dövlət başçısı qeyd etmişdir ki, “Azərbaycan multikulturalizm mərkəzidir”.
İlk Avropa Oyunları beynəlxalq aləmdə Azərbycan liderinin sosial-iqtisadi siyasətinin və ölkənin dövlət və qeyri-hökumət təşkilatları üzərində idarəetmənin ifadəsi kimi çıxış etdilər. Oyunlar habelə ölkəmizin müxtəlif mədəniyyətlərinin dərk edilməsi və ehtiram olunması şəklində xalqın multikulturalizminin humanitar əlamətlərinin də inikası rolunu oynayır. Bu bütün zamanlar üçün xalqın yaddaşına həkk olunmuş ən dəyərli nemətdir.
– İdman diplomatiyasının hücum xarakteri bizim dövrün vacib şərtlərindən biridir. Burada qeyd etməliyik ki, dövlət başçısı IV İslam Həmrəylik Oyunları barədə danışarkən həm I Avropa Oyunlarından öncə, həm də sonra Azərbaycan haqqında Qərb mətbuatında şər-böhtan xarakterli fikirlərin yayıldığını söyləmişdir. Belə vəziyyətdə dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin qarşılıqlı münasibətlərində diplomatik protokol prinsipinə necə əməl edilir?
– Azərbaycan əleyhinə müxtəlif Avropa qurumlarının bəzi yüksək vəzifəli məmurlarının böhtan dolu fikirləri dövlət idarəetmə mədəniyyətimizə pərdələnmiş bir həsəd formasıdır. Dövlətimizin bu siyasəti nəticəsində iqtisadiyyatımız dünya böhranına rəğmən inkişaf etməkdədir. Sosial siyasətimiz isə idman üçün təsəvvürəgəlməz bir qısa vaxt ərzində yüksək olimpiya səviyyəsində Köhnə Dünyanın bütün zamanları ərzində möhtəşəm bir tədbirə – Birinci Avropa Oyunlarına hazırlaşmağa və həyata keçirməyə imkan vermişdir. Müxtəlif Avropa qurumlarının yüksək vəzifəli bəzi məmurları Xocalı soyqırımını, ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində milli maddi-mədəniyyət abidələri, Azərbaycan ərazilərinin aramsız şəkildə atəşə tutulduğunu bilə-bilə Azərbaycan haqqında böhtan kampaniyalarını həyata keçirmişlər. Bununla onlar görkəmli Fransa yazıçısı Romen Rollanın hələ 100 il əvvəl Avropa cəmiyyətində, Fransa və Almaniyada müxtəlif formalarda böhrana, intiharlara olan meylin bu gün də mövcud olması barədə peyğəmbərliklə söylənmiş fikrini təsdiq etmiş olurlar.
– Beynəlxalq əlaqələrdən və diplomatik protokoldan danışdıqda siz söz üzərində dayandınız. Belə bir deyim var: ” Söz dünyanı idarə edir”. Hansı tarixi faktlarla siz bu fikri təsdiq edə bilərsiniz?
– İnsan özünü dil vasitəsilə ifadə edir. Onun nitqi savadsız və ya ədəbi, hakimiyəti isə hüdudsuz ola bilər. Müxtəlif dövrlərin tarixi xalqın həyat proseslərinə dövlət başçılarının çıxışlarının təsirinə dair maraqlı faktlarla zəngindir. Ümummilli lider Heydər Əliyev fikrin dəqiq və aydın şəkildə bildirilməsinə çöx böyük diqqət verirdi. Onun natiqlik sənətində söz dinləyiciyə həlledici şəkildə təsir edir və həmişə təkzibedilməz bir effektə malik olurdu. Azərbaycan xalqının böyük oğlunun şəksiz müdrikliyi qanlı, işğalçı müharibəni saxlayan son söz oldu. Bu söz, bu yanaşma tərzi minlərlə günahsız şəxsin həyatını xilas etməklə yanaşı Heydər Əliyevə parçalanma mərhələsində olan ölkədə əsl müstəqil dövlət qurmağa imkan verdi.
Napoleon Bonopart məhz sözün qüdrətinə görə tarixdə yalnız dahi sərkərdə kimi deyil, habelə siyasətçi kimi qala bilmişdir. Fəth etdiyi Misirdə o elan etmişdir ki, “İslam dini hərtərəfli olaraq ehtiramla qarşılanmalı, məscidlər və ruhanilərin isə tam toxunulmazılığı təmin edilməlidir.”
– Birinici Avropa Oyunlarında misilsiz nəticələr əldə olundu və bu gün çoxlarını belə bir sual maraqlandırır: Rio-2016-da və 2017-ci ildə keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarında idmançılarımızdan hansı nəticələri gözləməyə dəyər?
– Müstəqillik bərpa edildiyi gündən Azərbaycan idmançılarının yüksək nəticələri dinamik şəkildə artır və bu faktı statistika da sübuta yetirir. 1996-cı ildə Atlanta Olimpiadasında yeganə gümüş medal qazanılmış, beynəlxalq yarışlarda isə 200-ə qədər mükafat əldə edilmişdi. London-2012 Olimpiadasında 10 medal əldə olunmuşdu ki, bu da Azərbaycana dünyada 30-cu, Avropa isə 15-ci yerə çıxmağa imkan verdi, 2014-cü ilin beynəlxalq yarışlarında isə medal rekorduna imza atıldı-müxtəlif əyarlı 805 medal.
Birinci Avropa Oyunlarından qabaq Azərbaycan idmançıları ciddi uğurlar qazandılar. Bakı-2015-də misilsiz nəticələrə imza atıldı, oyunlardan sonra isə Rio-2016-ya olimpiya lisenziyaları qazanılır.
Sözsüz ki, idmançılarımız həm Olimpiya Oyunlarında, həm də İslam Oyunlarında yeni uğurlara nail olacaqlar.
– Ermənistan və onun şəbəkələnmiş lobbisi Azərbaycan haqqında şər kampaniyasını Avropa Oyunlarından çox-çox qabaq başlamışlar. Bir çoxlarını bu gün də belə bir sual maraqlandırır- nə üçün işğalçı heç bir mənəvi haqqı olmadan Azərbaycan qonağına çevrilə bildi?
– “Dünyada birinci elm, imkan daxilində az pislik və daha çox yaxşılıq etmək elmidir”. Dahi Lev Tolstoyun bu ifadəsinin bir əsrdən bir qədər çox yaşı var, lakin homo novus bu müddət ərzində çox böyük dəyişikliklərə məruz qalmışdr. Azərbaycan torpaqlarının 20% -ni işğal etmiş Ermənistan daim şərlə məşğuldur və yalan danışır və bu millətin mədəniyyətinin şər, yalan və zorakılıq ifadə etməsində təəccüblü bir məqam görmürəm.
Bununla yanaşı, Avropa Oyunlarına dəvət Avropa Olimpiya Komitəsinin səlahiyyətində olan bir məsələdir və AOK Ermənistanı bu oyunlara buraxmasaydı, bəzi ölkələr bu faktı diplomatik protokolun pozulması kimi dəyərləndirəcək, erməni lobbisi isə siyasi spekulyasiyalara başlayacaqdı. Maraqlıdir ki, AOK öz qərarı ilə Birinci Avropa Oyunlarına, yalnız işğalçını deyil, “idman siyasətdən kənardadır” arqumentini əldə rəhbər tutub BMT tərəfindən tanınmamış ölkəni də buraxmışdır.
Böyük idman böyük siyasət deməkdir. Bu siyasət ayrıca bir ölkənin və onun sosial-iqitisadi potensialının idarəetmə mədəniyyətini əks etdirir. Bu həm də 1980 və 1984-cü illər Olimpiya Oyunlarının boykotu, habelə Tokio Olimpiya Oyunlarına CAR-ın milli olimpiya yığmasının rasist ideyalar səbəbindən buraxılmaması deməkdir.
– İki il yarım ərzində Mingəçevirdə, “Kür” OİM-də avarçəkmə və kanoe üzrə Avropa Oyunlarının yarışlarının keçirilməsi məqsədilə uzunluğu 1 km olan qurğu quraşdırılmışdır. Lakin “akademiyaçılar”ın yarışları üçün çay üzərində yox, kanalda 2 km-lik məsafə zəruridir. Kanalın tikintisi planlaşdırılırmı?
Birinci Avropa Oyunlarından sonra, ökləmiz Olimpiya Oyunlarının keçirilməsinə əsas namizədlərdən biridir. Lakin bir sıra obyektiv səbəblərdən rəsmi Bakı “Olimpiya Oyunları 2024”-ün paytaxtı olmağa öz namizədliyini irəli sürməmişdir, kanal isə çox mürəkkəb bir texniki qurğudur və geniş ərazi, ekoloji və hidroqrafik özəlliklərə malik su hövzəsinin mövcudluğunu tələb edir.
“Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramında idmanın maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsinə, Böyük Şor, Bülbülə və Xocəsən kimi ərazilərə bitişik 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayrılmışıdr. Biz bu göllərin qayıq yarışları və sağlamlaşdırılması problemləri üzərində işləyirik, lakin Bakıda süni kanal yaratmaq hələ ki, tezdir.
Hal-hazırda Milli Dənizkənarı Parkda İdman Kompleksi ərazisində müasir tikililərin- Yaxtklubun və arxitektur forma və orijinal daxili məkan dizaynını özündə əks etdirən avarçəkmə bazasının tikintisini başlamaq planlaşdırırlır. Sözsüz ki, Bakı avarçəkmə bazası avarçəkmənin kütləvi inkişafının, perspektiv idmançıların seçimini və avarçəkmə üzrə yığma komandaların Avropa, dünya və Olimpiya Oyunlarına keyfiyyətli hazırlığını təmin edəcəkdir və bu gün bu avarçəkmə üçün Azərbaycanda süni kanaldan daha vacib problemdir.
– Öz cavablarınızda Siz müxtəlif dövrlərin dahi şəxlərinin aforizmlərinə istinad etdiniz. Fikrinizcə, ölkənin idman və Olimpiya hərəkatının inkişafının əsasını hansı meyarlar təşkil edir?
Qloballaşan mürəkkəb dünyamızda dövlət idman siyasətinə rəhbərlik edən A. Rəhimov idaretmə mədəniyyətinin dövlət formalarına istinad edərək öz fəaliyyətinin ilk illərində idman siyasətinə və yüksək beynəlxalq səviyyəli idmançıların hazırlığı prosesinə yeni impuls, yeni istiqamət vermiş, dövlət və qeyri-hökumət təşkilatlarının həyat tərəfindən təsdiq edilən qarşılıqlı fəaliyyət siyasətini müəyyən etmişdir: ” Əgər sən öz Vətənini sevirsənsə, əgər sən öz övladlarının və nəvələrinin bu ölkədə yaşamasını istəyirsənsə, sənin bu ölkə üçün edə biləcəyin ən əsas işdir.” Əminəm ki, məhz bu ideya ölkəmizin bütün idman təşkilatlarının fəaliyyətinin əsasını təşkil edir.