- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Aprelin 19-da İspaniyanın Melilya şəhərində triatlon üzrə Avropa kuboku yarışları başlayıb. Allsport.az xəbər verir ki, rekord sayda idmançının qatıldığı mötəbər yarışda 26 ölkədən gənc iştirak edir.
İspaniya, İtaliya, Almaniya, Niderland, Böyük Britaniya və digər ölkələrlə bərabər, yarışda Azərbaycan da 6 idmançı ilə təmsil olunur. Yarışlara ən çox iştirakçı – 72 idmançı ilə İspaniya komandası qatılıb.