Azərbaycanlı 3 taekvondo məşqçisi Koreyada təkmilləşmə kursuna qatılacaq

Koreya Respublikasının mədəniyyət idman və turizm nazirliyi, “KUKKİVON” taekvondo tədris mərkəzi tərəfindən məşqçilərin təkmilləşdirmə kursları təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, Muju şəhərində 16 sentyabrdan 12 oktyabrdək davam edəcək təlimdə ölkəmizi, “KUKKİVON” tərəfindən seçilmiş 3 məşqçi təmsil edəcək.

Onlar, “Ümid” taekvondo klubunun və kiçik yeyniyetmə yığma komandanın baş məşçisi İlkin Şahbazov, DGK İSM-in məşqçi-müəllimi Müqabil Məmmədov və “Uhud” taejvondo klubunun baş məşçisi Tural Vəlibəyovdur.

ATF-in vitse-prezident Nağı Səfərov və baş katib Həmdiyyə Məmmədov məşqçilərlərə görüşüb. Toplantıda kurslar haqqında müəyyən müzkirələr aparılıb və federasiya rəhbərliyi onlara uğurlar arzulayıb.

Həmin kateqoriyadan