AzAL-ın qapıçısı: “Moldovaya qayıtmaq haqda düşünmürəm”

“Təyyarəçilər”in qapıçısı Stanislav Namaşko paytaxt klubunun onunla müqaviləni ləğv etməsi haqda deyilənləri təkzib edib. Allsport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında bunları söyləyib:

“Əlbəttə, hər bir insan kimi, mən də yeni ilin əvvəlkindən daha yaxşı olacağına ümid edirəm. Yanvarın 4-dən etibarən Bakıdayam, təlim-məşq toplanışında iştirak edirəm. AzAL-ın mənimlə müqaviləni ləğv etməsi barədə heç nə bilmirəm. Azərbaycandakı hava şəraiti toplanışı elə burada həyata keçirməyə imkan verir.

Komandamızın hədəfi çempionatda 3-4-cü yeri tutmaqdır. AzAL yaxşı klubdur. Futbolçular, futbol oynamaq üçün hər cür şərait var. Bu komandaya keçdiyim üçün təəssüflənmirəm. Moldovaya qayıtmaq barədə də düşünmürəm. Qayıtsam da, yalnız Tiraspol klublarından birində oynayaram”.

Həmin kateqoriyadan