- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:51
- Baxış sayı: 93
- Noyabr 25, 2024
- 0
İdman akademiyasında 2017-ci ildə əsası qoyulan və ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramı çərçivəsində, ölkədə fəaliyyət göstərən idman federasiyaları və beynəlxalq tələblərə cavab verən idman infrastrukturunun iş prinsipi və xüsusən də media üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədə ilə təcrübə yönümlü səfərlər təşkil olunur.
Allsport.az saytı xəbər verir ki, mövcud pandemiya şəraitinə uygun olaraq, bəzi qurumların fəailiyyətinə icazə verildiyi üçün (muzeylər və s), “İdman jurnalistikası” 1-ci kurs magistrantların yeni tədris ilində ilk təcrübə yönümlü səfəri fevralın 23-də Bakı olimpiya stadionunda olublar. 2015-ci ildə istifadəyə verilmiş, 69.000 tamaşaçı tutumlu qurğu UEFA, FIFA və İAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və Azərbaycanın ən böyük stadionudur.
650.000 kv.m-lik ərazisi olan stadiona tanışlıq turu BOS-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadənin müşayiəti ilə baş tutub. Magistrantlar stadionun media mərkəzindən başlayaraq, konfrans zalı, məşqçi və oyunçular üçün ayrılmış otaqlar, daxili infrastruktur, tribunalarda jurnalistlər üçün ayrılmış yerlər və VİP sektorla yaxından tanış olub, ətraflı məlumat alıblar.
İdrak CAMALBƏYLİ