- Baxış sayı: 114
- 30 Yanvar 2026 23:59
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

Azərbaycan karate federasiyasının rəhbərliyi və ənənəvi karate üslubu Şito-Ryu üzrə fəaliyyət göstərən “Badamlı” karate klubunun təşkilatçılığı ilə Sərhədçi olimpiya idman mərkəzində keçirilən “Badamlı Kuboku” başa çatıb.
Allsport.az xəbər verir ki, turnirdə 15 rayondan, 40-a yaxın klub, 500-ə yaxın idmançı və 25 hakim iştirak edib. Yarış Dövlət Himni ilə rəsmi şəkildə açıq elan olunub. Ardınca ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.