- Baxış sayı: 44
- 09 Dekabr 2024 20:41
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
Azərbaycan karate federasiyası Bakı şəhər gənclər və idman idarəsi ilə birgə əməkdaşlıq etməklə AKF-nın nəzdində fəaliyyət göstərən “Fullkontakt kyokuşin karate” üslubu üzrə Balaxanı olimpiya idman kompleksində “Bakı kuboku” keçirib.
Allsport.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan karate federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəhbəri prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
AKF-in baş katibi Qabil Sayadov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolu olduğunu qeyd edib. O bildirib ki, ali baş komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı, qazanılan uğurların təməlidir.
Yarışın açılış mərasimində “Fullkontakt kyokuşin karate” üslubunun icraçı direktoru Mübariz Məlikov da iştirak edib və iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasiminin ardınca sonra AKF-in vitse prezidenti Allahverdi Rüstəmov, baş katib Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmdiyyə Məmmədov və AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə müvafiq kateqoriyalar üzrə qalib olmuş karateçiləri təltif edib.
“Bakı kuboku”da 20-ə yaxın klubdan 250 karateçi öz qüvvəsini sınayıb. Qaliblər Azərbaycan karate federasiyasının təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.