Bakıda “Dəmir külək qış akvatlonu”

Bakı su idmanı sarayında “Dəmir külək qış akvatlonu” adlı turnir olub. Allsport.az saytı xəbər verir ki, yarış Azərbaycan triatlon federasiyası və “Triterra” klubunun təşkilatçılığı ilə keçirilib.

Hər komandada 2 idmançı mübarizə aparıb. Reqlamentə görə, turnirin birinci günündə idmançılar 1,5 kilometr məsafəyə üzgüçülük yarışında güclərini sınayıblar. Növbəti gün isə 10 kilometr məsafəyə qaçış təşkil olunub.

Federasiya prezidenti Elçin Əliyev iştirakçı kimi yarışda iştirak edib. İki günün nəticəsinə görə, turnirin qalibi müəyyənləşiblər:

Kişilər
Toğrul Məmmədli – Əli Həsənli
Teymur Fərəjov – Denis Karçaşkin
Natan Meri – Bəhruz Nağıyev

Qadınlar
Fatimə Alkərimova – Elena Schipova
Viktoriya Mokretsova – Natalia Mordasova

Miks
İqor Burlov – İrina Litvinçik
Rüfət Axundov – Rəbiyyə Orucova
Aleksandr Drozdov – Marina Belan

Həmin kateqoriyadan