- Baxış sayı: 40
- 11 Aprel 2025 11:28
- Baxış sayı: 53
- Aprel 11, 2025
- 0
Qadın karate millinin baş məşqçisi Denis Morozov, 6-cı beynəlxalq təlim-məşq təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, 2-8 mayda AMKF-in bazasında toplanışa Tokio olimpiadasının gümüş mükafatçıları İrina Zaretska (Azərbaycan), Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.
Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarına idmançılarımızla birgə Çex Respublikasından və Yunanıstandan karateçilər qatılmışdı.