“Barselona”dan yeni rekord

La liqanın 29-cu turu çərçivəsində keçirilən “Barselona” – “Rayo Valyekano” (1:0) matçında Kataloniya təmsilçisi növbəti qol rekorduna imza atıb.

Allsport.az xəbər verir ki, müdafiəçi Ronald Arauxonun 24-cü dəqiqədə hesabı açması ilə “Barsa” bütün turnirlər daxil olmaqla ardıcıl 39-cu ev oyununda rəqib qapısına yol tapıb.

Kataloniyalılar bu oyunlarda ümumilikdə 124 qol vurublar. Bu, klubun 2018-2019-cu illərdə Ernesto Valverdenin rəhbərliyi altında qeydə alınan 45 oyunluq (135 qol) seriyasından bəri ən yaxşı göstəricisidir.

Həmin kateqoriyadan