- Baxış sayı: 18
- 24 Aprel 2025 18:41
- Baxış sayı: 50
- Aprel 24, 2025
- 0
Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə “26 iyul gənclər və idman nazirliyinin yaranması günü”nə paytaxtın bütün rayonlarının yeniyetmələri arasında minifutbol turnirinə yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, yarışda 132 idmançının yer aldığı 12 komanda iştirak edib. Oyunlar Sabunçu rayonunun ərazisində yerləşən “Azfar” stadionunda keçirilib.
Finalda Nəsimi rayonunu Binəqədi rayonunun komandasına 5:1 qalib gəlib. 2007-2009-cu il təvəllüdlü yeniyetmələrin turnirində 3-cü yeri Suraxanı rayonu tutub. Mükafatçılara medal və diplomlar təqdim olunub.