- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə qarşılaşması “Sumqayıt” üçün 3 yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, 2013-cü ilin yayından klubu çalışdıran Aqil Məmmədov “Gənclik şəhəri” təmsilçisini 50-ci çempionat matçına çıxarıb.
Bu müddətdə Premyer Liqada 9 qələbə qazanıb, 12 heç-heçə edən sumqayıtlılar 29-cu məğlubiyyətini “Neftçi”dən alıb – 2:3. Bu matçlarda top fərqi 41-84-dür. Paytaxt təmsilçisinin qapısına vurulan 2-ci qol “Sumqayt”ın Premyer Liqada 100-cü sevinci olub. Buna 114-cü matçında nail olan klubun tarixi qolunu Orxan Əliyev vurub. Texniki nəticələr nəzərə alınmamaqla, “Sumqayıt” 100-cü qolunu 4-cü mövsümündə vurub: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 15.
“Sumqayıt”ın 100 qolunu vuranlardan üçü 10-dan artıq topun müəllifidir: Pərdis Fərcad-Azad – 15, Orxan Əliyev – 14, Məhəmməd Qurbanov – 11. Qollarının yarısını evdə, yarısını səfərdə vuran sumqayıtlıların “Neftçi” ilə görüşdəki son, ümumilikdə 100-cü qolu səfərdəki 50-ci top olub. “Sumqayıt” evdə də eyni sayda qolun sevincini yaşayıb. “Sumqayıt”ın səfər qolları mövsümlər üzrə: 2011/12 – 14, 2012/13 – 11, 2013/14 – 14, 2014/15 – 11.