- Baxış sayı: 33
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Arif Əsədovun komandası Ukraynanın “Volın” klubu ilə qarşılaşıb.
Görüşdə 7 qol vurulub. Sonda isə qələbəni məhz Azərbaycan klubu bayram edib.
Qeyd edək ki, “Neftçi” Antalyada üç yoxlama oyunu keçirib. “Ağ-qaralar” Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
21 yanvar
“Neftçi” – “Volın” – 4:3 (2:2)
Qollar: Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov, Ernest Nfor.