- Baxış sayı: 73
- 01 Fevral 2026 15:32
- Baxış sayı: 120
- Fevral 06, 2026
- 0

Türkiyənin Nevşəhər şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb. Yarımfinalda Türkiyə təmsilçisi Kənan Qəhrəmanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib. Onur Quluzadə turnirin U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.