- Baxış sayı: 81
- 09 Fevral 2025 21:16
- Baxış sayı: 79
- Mart 11, 2025
- 0
28-31 yanvarda Qırğızıstanda açıq Bişkek beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, kumite yarışlarında Aslan Dostuyev böyüklər arasında 67 kq, Adil Quliyev 75 kq, Rauf İmanov gənclər arasında 16-17 yaş, 61 kq, Əziz Qasımov yeniyetmələr arasında 14-15 yaş 52 kq və Ömər Əliyev uşaqlar arasında 10-11 yaş 30 kq çəki dərəcəsində ölkəmizi təmsil edib.
AKF -in idman karatesi üzrə yığma komandasının üzvlərindən Aslan Dostuyev qızıl medal, Rauf İmanov isə finalda Qazaxıstan idmançısına məğlub olaraq, gümüş medal qazanıb. Ömər Əliyev isə öz çəki dərəcəsində yarışı bürünc medalla başa vurub.
Komandamız yarışda “Təhsil” RİM -nin baş məşqçisi, “Əməkdar məşqçi” və “Qabaqçıl Təhsil İşçisi” Əbülfət Qarayevin rəhbərliyi ilə yollanıb.
Eləcə də, AKF-in hakimlər komitəsinin üzvü beynəlxalq dərəcəli hakim Vüqar Kərimov turnirin təşkilat komitəsinin qərarı ilə yarışın baş hakimi təyin edilib.
Turnirdə Azərbaycan, Qazaxsıtan, Qırğızıstan, Özbəkistan və Rusiyadan ümumilikdə 1000-ə yaxın iştirak edib.
Beynəlxalq yarışdan nəticələrlə qayıdan hər üç karateçi “Təhsil” RİM-nin 6 nömrəli İOEUGİM-in üzvləridir.