- Baxış sayı: 287
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

Triatlonçumuz Kseniya Levkovskaya Tunisdə keçirilən açıq Afrika kuboku yarışında iştirak edib. Allsport.az xəbər verir ki, o, gümüş medal qazanıb.
Təmsilçimiz su yarışlarında 750 metrlik məsafəni 9 dəqiqə 46 saniyəyə başa vurub. Sonra velosipedlə hərəkətlərdə 20 kilometrlik məsafəni 29 dəqiqə 16 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 5 kilometr məsafəyə qaçışda isə təmsilçimiz 18 dəqiqə 11 saniyəlik nəticə göstərib.
Ümumi hesabda idmançımız 58 dəqiqə, 1 saniyəlik göstərici ilə ikinci yeri tutub.