- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qadın güləşimizin öncülü Mariya Stadnik, milli idman geyim brendi “İl’Azero”nun diqqət mərkəzinə düşüb. Allsport.az saytının məlumatına görə, daim idmançılarımızı nəfis buraxılışlı və yerli naxışlı geyim dəstləri ilə sevindirən Azərbaycan şirkəti, bu günlərdə 8-ci dəfə Avropa çempionluğunu bayram edən olimpiya mükafatçımızı özəl hədiyyələrlə məmnun edib.
Brendin məhsulları Polşada istehsal olunur. İtalyanca Bir Azərbaycan” adlanan şirkətin rəhbəri, yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun öncədən bəyan etdiyi kimi, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Vətən müharibəsi iştirakçılarına həsr edilən layihə sosial yönümlüdür, tam pulsuz çatdırır.