Boksçularımız “Qızıl kəmər” uğrunda

Kişi boks millisi “Qızıl kəmər” seriyası çərçivəsində 2-10 fevralda Mərakeşdə keçiriləcək turnirdə ilin ilk yarışında qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayev 10 nəfərə fürsət verib.

BunlarMəsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevdir (+92 kq).

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək. Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq. Yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.

Həmin kateqoriyadan