- Baxış sayı: 70
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” birliyi üzrə milli komanda Bolqarıstanın Varna / Kamçiya şəhərlərində keçirilən “KWU-SENSHI” (dünya kyokuşin birliyi) üzrə dünya kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edir.
Allsport.az xəbər verir ki, iyulun 6-dan etibarən start götürən yarışda milli ilk uğurlarını qazanıb. Belə ki, yarışın ilkin mərhələsində iki idmançı mükafata layiq görülüb:
Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl medal (şəxsi məşqçi – Vidadi Xəlilov);
Cavid Kazımlı (16-17 yaş, 75+ kq) gümüş medal (şəxsi məşqçi Vüsal Məmmədov).
Azərbaycan komandası ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14 nəfər (kyokuşin karate üzrə) artıq mübarizəyə qoşulub, 5 idmançı isə böyüklər arasında keçiriləcək “SENSHİ” yarışlarında iştirak edəcək. Onların çıxışları növbəti günlərdə baş tutacaq.
Bu mötəbər yarışda dünya kyokuşin birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığma komandaları iştirak edir.