- Baxış sayı: 34
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 153
- Fevral 04, 2026
- 0

Dünən Britaniya Azərbaycanlıları Assosiasiyasının dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə Londonda “Qarabağ kuboku” futbol turniri keçirilib.
Qurumun öncüllərindən olan Hafiz Baxşəliyevin allsport.az saytına verdiyi məlumata görə, yarışda 7 komanda – “Kaspian”, “Qarabağ”, “Dəmir yumruq”, “Boz qurd”, “Old Centlemən” “Bayraqdar”, “Mançester Polad” adlarını Azərbaycana və 2-ci Qarabağ savaşına uyğun seçiblər.
Finalda “Kaspian”lılar “Qarabağ”ı məğlub edib. Qalibə kubok və ilk 3 yeri tutan komandaların oyunçularına üzərində Qarabağ müharibəsinin rəmzi “Xarı bülbül” medalları təqdim olunub.






