YENİLƏNİB
Çempion “Sürix” ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Ağdam klubu İsveçrənin “Sürix” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada hesabı isveçrəlilər açıblar. Amma matçın sonlarında Reynaldo qazandığı penaltini qola çevirərək komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası bundan əvvəlki yoxlama oyununda Xorvatiya “Split”inə 1:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
21 yanvar

“Qarabağ” – “Sürix” – 1:1

 

Həmin kateqoriyadan