- Baxış sayı: 18
- 21 Noyabr 2024 10:59
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
“Qarabağ” futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin iqlim dəyişmələri üzrə çərçivə sazişinin tərəflər konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı öz işinə başladı. Allsport.az saytı xəbər verir ki, Mavi zonanın “Nəsimi” zalında baş tutan tədbirdə 10 klub yer aldı.
Bunlar “Liverpul”, “Tottenhem” (hər ikisi – İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (İspaniya), “Fənərbağça”, “Qalatasaray” (Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər. Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr gerçəkləşdirən bu klublar ittifaqın yaradılması barədə sənədə imza atdılar.
Hazırda dünya futbolunda dayanıqlılıq öncülü olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” də zəngin təcrübəsini digər klublarla bölüşdülər. Bu 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcək.