- Baxış sayı: 114
- 30 Yanvar 2026 23:59
- Baxış sayı: 21
- Fevral 08, 2026
- 0

Azərbaycan cüdo federasiyasına yeni baş katib təyin olunub.
Allsport.az xəbər verir ki, ACF icraiyyə komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.
Rəşad Rəsullu Azərbaycan dövlət iqtisad universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə mərkəzi bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.