- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar.
Üç gün davam edəcək turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar.
Respublika çempionatının ikinci gününün qaliblərini təqdim edirik:
Kişilər -68 kq
1. Fariz Əliyev – Sumqayıt
2. Kamil Abdulrazakov – Gilan
3. Xaliq Umudov – Zenit İC
3. Əli Axundov – Qəbələ İK
Kişilər -74 kq
1. Namaz Heydərov – Neftçi İC
2. Xəyyam Nağıyev – Fateh TK
3. Pərvin Əliyev – Sumqayıt
3. Yusif Hüseynli – Sumqayıt
Kişilər -80 kq
1. Seyidəzim Bədirxanlı – Neftçi İC
2. Vüsal Namazov – Fərəh
3. Vladislav Subbotin – Neftçi İC
3. Mehdi Orucəliyev – Sumqayıt
Qadınlar -46 kq
1. İlayda Kardelen Çiftçi – Gilan
2. Təhminə Hüseynli – Sumqayıt
3. Təranə Məmmədova – Neftçi İC
3. Türkanə Tahirli – Masallı
Qadınlar -57 kq
1. Nərminə Məmmədova – Neftçi İC
2. Yeganə Aslanova – Lənkəran TİM
3. Səbirə Həsəni – Qafqaz TK
3. Dilarə Həsənov – Qəbələ TK