“Durumunun ideal olduğunu deyə bilmərəm”

Azərbaycan millisi bu gün Çex Respublikasında yerli komanda ilə ilk yoldaşlıq oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matça hazırlıq və son durumla bağlı baş məşqçi Vitali Borisov açıqlama verib:

“Sentyabrın 10-dan təlim-məşq toplanışındayıq. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı 4 gün ərzində isə taktiki planda çalışmalara yer verdik.

Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq.

Həmin kateqoriyadan