- Baxış sayı: 70
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

28 iyunda Ağdam olimpiya idman kompleksində icra hakimiyyətinin dəstəyi, Azərbaycan karate federasiyasının təşkilatçılığı ilə mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri keçirilib.
Allsport.az xəbər verir ki, 20-ə yaxın komandadan 200-dən çox idmançının qatıldığı turnirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, mərhum idmançının ailə üzvləri, Qarabağ regional gənclər və idman idarəsinin rəisi Anar Əsgərov, Ağdam olimpiya idman kompleksinin direktoru Bəhruz Kazımov, AKF-in baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yarışın sonunda mərhum idmançı Elçin Mahmudovun anası çıxış edərək turnirin təşkilatçıarına və iştirakçılara minnətdarlığını bildirmişdir.
Turnir qaliblərin mükafatlandırılması ilə başa çatıb.