- Baxış sayı: 93
- 25 Yanvar 2026 12:09
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Futzal üzrə azərbaycanlı FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Allsport.az xəbər verir ki, o, çempionlar liqasının ilkin mərhələsinin “E” qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” – “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.